Azərbaycan və Boliviya hökumətləri arasında Saziş imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Boliviya hökumətləri arasında Saziş imzalanıb

16:50 - 18 / 08 / 2017
Azərbaycan və Boliviya hökumətləri arasında Saziş imzalanıb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, nazirlər Azərbaycan ilə Boliviya arasında dostluq əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd ediblər. Bu xüsusda, Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamaninin Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb.

Söhbət zamanı nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsini nəzərdən keçiriblər və enerji, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, dağ-mədən sənayesi, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildiriblər. Humanitar sahədə tələbə və elm adamlarının mübadiləsi xüsusilə qeyd edilib.

Nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının 2017-2019-cu illərdə üzvlüyünə Azərbaycanın, BMT-nin İnsan Hüquqları Şurasının 2015-2017-ci illər üçün üzvlüyünə isə Boliviyanın namizədliyinin dəstəklənməsini bildirib və qarşılıqlı təşəkkür ifadə ediblər. Nazirlər, həmçinin iki ölkə arasında Qoşulmama Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu xatırladıb, Azərbaycanın Qoşulmama Hərəkatı Dövlətlərinin dövlət və hökumət başçılarının XIII Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə bu quruma sədrlik etməsinin Qoşulmama Hərəkatının xoşniyyətli məqsəd və məramlarının təşviqinə töhfə verəcəyinə əminlik ifadə ediblər.

Hər iki nazir Azərbaycanın və Boliviyanın bir-birinin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu qeyd edib və aqressiv separatizm və terrorizmin bütün forma və təzahürlərini sərt şəkildə qınadıqlarını diqqətə çatdırıblar.

Görüşdə, həmçinin nazirlər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıb, parlamentlərarası əməkdaşlığın təşviqinə dair razılığa gəliblər.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzalayıblar.

S.Xankişiyeva

Paylaş:
627

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər