Nazirlər Kabinetində Azərbaycan-Boliviya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Nazirlər Kabinetində Azərbaycan-Boliviya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

17:15 - 18 / 08 / 2017
Nazirlər Kabinetində Azərbaycan-Boliviya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

Avqustun 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizə rəsmi səfərə gəlmiş Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Boliviya dövlətinin belə yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana ilk səfərinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edən tərəflər qeyd ediblər ki, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə müştərək fəaliyyət, habelə beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi xalqlarımızın mənafeyi baxımından faydalıdır.

Beynəlxalq və regional problemlərdən söhbət gedərkən boliviyalı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müfəssəl məlumat çatdıran Baş nazir Artur Rasi-zadə xüsusi olaraq vurğulayıb ki, Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasəti, habelə bəzi beynəlxalq qurumların məsələyə ikili standartlarla yanaşması nəticəsində hələlik problemin həlli yubadılır.

Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verərək, ölkəmizlə qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün bütün mövcud potensialdan səmərəli istifadə etmək əzmində olduqlarını nəzərə çatdırıb. Sonda qonaq səmimi görüşə görə minnətdarlığını bildirib.

Görüşdə bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olub.

S.Xankişiyeva

Paylaş:
725

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər