Bakı sakininin maşınından marixuana çıxdı

Bakı sakininin maşınından narkotik bitki çıxıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Hüseyn Mirzəyevdən 22,730 qram metamfetamin həbləri götürülüb.
Onun idarə etdiyi “VAZ-2121” markalı avtomobilə baxış zamanı isə 225 qram marixuana aşkar edilərək götürülüb.
Babək Cahandarov
899