Mübariz Əhmədoğlu: Lukaşenko Dağlıq Qarabağ tənzimlənməsində həmsədr ölkə prezidentlərindən dəfələrlə aktivdir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Lukaşenko Dağlıq Qarabağ tənzimlənməsində həmsədr ölkə prezidentlərindən dəfələrlə aktivdir

10:23 - 18 / 08 / 2017
Mübariz Əhmədoğlu: Lukaşenko Dağlıq Qarabağ tənzimlənməsində həmsədr ölkə prezidentlərindən dəfələrlə aktivdir

“Dağlıq Qarabağ, Ukrayna və Dnestryanı bölgədə Avropasayağı, sivil formada qayda yaratmaq lazımdır. ATƏT Avropa regionunda Belarusa təhlükəsizlik donoru kimi yanaşa bilər”. 

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ tənzimlənməsi məsələsində Belarus prezidentinin münasibətilə bağlı xəbəri şərh edərkən bildirib:

Belarus prezidenti, ATƏT PA-nın rəhbərliyi ilə Minskdə görüşərkən bu bəyanatı verdi. Bir az öncə AİB-in iclasında A.Lukaşenko “Biz Qarabağda, Dnestryanı bölgədə və Ukraynada bu problemləri həll edə bilərik. Bunlar bizim problemlərdir. Biz onları xarici “polit bürolarsız” və müdaxilələrsiz həll etməliyik” tezisini ortalığa qoydu.

Təxminən eyni vaxtda A.Lukaşenko  “Biz MDB məkanında Dağlıq Qarabağ və Dnestryanı problemləri həll etməliyik, amma bunu etmirik. Amma ona görə yox ki, etmək olmaz, ona görə ki, müxtəlif maraqlar var. Problemi isə həll etmək lazımdır. Bəyəm Dağlıq Qarabağda əhali daimi müəyyən hərbi problemlərə məruz qalır. Bəyəm bu yaxşı yaşamaqdır... Bu normaldır? Bu normal deyil!” açıqlamasını verdi.

Dağlıq Qarabağ tənzimlənməsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin vasitəçilərsiz görüşünü təklif edən də A.Lukaşenkodur. Onun fikrincə, bu münaqişənin tənzimlənməsində heç bir başqa dövlət zamin olmamalıdır. A.Lukaşenko Rusiyanı nəzərdə tuturdu. Belarus prezidentinin irəli sürdüyü təklif Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həqiqi maraqlı olanların tələbinə cavab verir. Ona görə bu təklif Azərbaycanın maraqlarına uyğundur. Ermənistan isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasında maraqlıdır.

Belarus prezidenti A.Lukaşenko Dağlıq Qarabağ tənzimlənməsi mövzusunu həm MDB və həm də Avropa müstəvisində aktuallaşdıran çoxazsaylı liderlərdəndir. Onun bu tənzimləməyə yanaşması orijinaldır və bu yanaşmaya çoxkomponentlik xasdır. ATƏT MQ həmsədr ölkə prezidentləri heç vaxt buna bənzər yanaşma ortalığa qoymayıblar.

Belarus prezidenti A.Lukaşenkonun Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək məqsədi ilə Minsk konfransının çağırılmasını sürətləndirmək istiqamətində təşəbbüs irəli sürməsi çox faydalı olardı.

S.Xankişiyeva

Paylaş:
706

Son xəbərlər

Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08
Bütün xəbərlər