Bakıda 41-ci Dünya Skaut Konfransının bağlanış mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 41-ci Dünya Skaut Konfransının bağlanış mərasimi keçirilib - FOTO

22:52 - 18 / 08 / 2017
Bakıda 41-ci Dünya Skaut Konfransının bağlanış mərasimi keçirilib - FOTO

Avqustun 18-də Buta sarayında 41-ci Dünya Skaut Konfransının bağlanış mərasimi keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri, Dünya Skaut Komitəsinin yeni üzvü İlyas İsmayıllı çıxış edərək 41-ci konfransın keçirildiyi günlərdə məhsuldar müzakirələrin aparıldığını qeyd edib. Bildirib ki, avqustun 14-dən başlayaraq keçirilən konfrans günlərində skautlar son 3 ildə görülən işlərlə bağlı aparılan fikir mübadilələrində, hərəkatın gələcək planları ilə bağlı müzakirələrdə, təşkilata yeni üzvlərin seçilməsində baş tutan səsvermələrdə fəal iştirak ediblər. Bu tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edən İlyas İsmayıllı 2020-ci ildə Misirdə keçiriləcək 42-ci Dünya Skaut Konfransının işinə uğurlar arzulayıb.

Mərasimdə Dünya Skaut Komitəsinin yeni sədri Qreq Turpi çıxış edərək Bakı konfransının skautların bu günə qədər keçirdikləri ən iri toplantı olduğunu, burada 151 rəsmi nümayəndə heyətinin təmsil olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, hərəkatın insanların həyatına böyük təsiri olub, təşkilat inkişaf etdikcə onun üzvlərinin sayı da artıb, hazırda isə hərəkat əlavə ehtiyatlar axtarışındadır.

Daha sonra skautlar müxtəlif dillərdə qonaqpərvər Bakıya təşəkkürlərini bildiriblər. Bakı konfransı ilə bağlı videoçarx nümayiş etdirilib. Videomateriallar konfrans günlərinin sevinc dolu anlarını mərasim iştirakçılarına bir daha yaşadıb.

Bağlanış mərasimi Azərbaycanın “Exellent” qrupunun ifasında konsert proqramı ilə davam edib.

Xatırladaq ki, beş gün ərzində keçirilən Bakı konfransında skaut hərəkatında daha yaxşı idarəçiliyin həyata keçirilməsi, komitənin şəffaflığı, qəbul edilən qərarların təkmilləşdirilməsi, gənclərin Dünya Skaut Təşkilatına cəlb olunması, skautların birliyi kimi məsələlər qaldırılıb. Konfransda skaut hərəkatının inkişafı, təcrübə mübadiləsi, əlaqələr, qarşılıqlı uğurların qeyd olunması və ən əsası, təşkilatın təhsil sahəsində gələcəyini müəyyənləşdirəcək qərarlar müzakirə olunub.

Qeyd edək ki, 40 milyon skautu təmsil edən milli skaut təşkilatlarından biri də 1997-ci ildə yaradılan Azərbaycan Skautlar Assosiasiyasıdır. Assosiasiya iyirmi il ərzində öz təşkilati strukturunu, idarəetmə sistemini inkişaf etdirir, çoxsaylı mühüm layihələrə start verir və həyata keçirir, hər il beynəlxalq düşərgələr təşkil edir. Azərbaycan Skautlar Assosiasiyası ölkəmizdə gənc nəslin tərbiyəsində böyük rol oynayır. Bu gün ölkənin 16 bölgəsində təşkilatın 1750-dən çox üzvü var. Son 3 il ərzində assosiasiya skautinq üzrə 210-dan çox yerli layihə və tədbir həyata keçirib. Bundan başqa o, öz üzvləri üçün hər il proqramlar və yay düşərgələri təşkil edir.

1news.az

Paylaş:
811

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər