Qayda pozuntusuna yol verən 350-dən artıq sürücü cərimələnib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qayda pozuntusuna yol verən 350-dən artıq sürücü cərimələnib - FOTO

14:17 - 19 / 08 / 2017
Qayda pozuntusuna yol verən 350-dən artıq sürücü cərimələnib - FOTO

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdiyi reyd zamanı kobud qayda pozuntusuna yol verən 350-dən artıq sürücü cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Nərimanov rayonu ərazisində saxlanılan “Mersedes” markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmağa çalışaraq nəqliyyat vasitəsini qoyaraq qaçmağa üstünlük verib. Avtomobildə olan sürücünün qohumu isə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına daş parçası ilə hücum etməkdən belə çəkinməyib.

Qeyd edək ki, sərxoş sürücünün idarə etdiyi avtomobildə sərnişin qismində azyaşlı uşaqlar da olub. Bu isə onu deməyə əsas verir ki, yol polisi həmin sürücünü vaxtında müəyyən edib yol hərəkətindən kənarlaşdırmaqla bu ailəni böyük bir faciədən xilas edib. Çünki, sükan arxasına spirtli içki qəbul edərək əyləşən sürücünün qəza törətmək riski artır.

Reyd zamanı digər bir sərxoş sürücü Nizami rayonu ərazisində saxlanılıb. “Lexsus” markalı bu avtomobilin sahibi içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücü barəsində müvafiq protokol tərtib edilib.

Reyd zamanı polisin qanuni saxlama əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri edən sürücülər də müəyyən edilib. Belə sürücülərdən biri Xətai rayonu ərazisində polisə tabe olmayaraq idarə etdiyi “Daewoo” markalı avtomobillə qaçmağa cəhd etsə də görülən tədbirlər nəticəsində o saxlanılıb. Araşdırma zamanı sürücü Minar Qəhrəmanovun avtomobili spirtli içki qəbul edərək idarə etdiyi məlum olub. Sürücü sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün tibb məntəqəsinə aparılsa da, o müayinə olunmaqdan da imtina edib.

Qeyd edək ki, əgər sürücü sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina edirsə bu birbaşa olaraq onun içkili vəziyyətdə sükan arxasında əyləşdiyinin sübut edir və onun barəsində protokol tərtib edilir.

Reyd zamanı sutkanın qaranlıq vaxtında motosikletlərə əlavə səsgücləndirici vasitələr quraşdıraraq insanların istirahətinə maneçilik törədən sürücülər də saxlanılıb. Belə motosiklet sürücülərindən biri Nadir Rzayev saxlanılan zaman onun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına müdaxilə edərək kustar üsulla düzəltdirdiyi məlum olub.

Reyd zamanı barələrində elektron qaydada tərtib edilən cərimələri ödəməyən sürücülər də müəyyən edilərək barələrində müvafiq tədbir görülüb.

 

1news.az

 

Paylaş:
731

Son xəbərlər

Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlibBu gün, 13:19Məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirildi, 59 direktorla bağlı tədbir görüldüBu gün, 13:12Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində struktur dəyişiklikləri aparılıb - SİYAHIBu gün, 13:0939 dərəcə isti olacaq - Şənbə gününün havası açıqlandıBu gün, 12:46Qaraçuxurda bir həftəlik körpə küçəyə atıldıBu gün, 12:293 nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi - FOTOBu gün, 12:12Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblarBu gün, 12:02“Neftçi” işçilərə yemək dəstəyini dayandırır - FOTOBu gün, 11:58Bakının Mikayıl Müşfiq küçəsində hərəkət tam məhdudlaşdırılacaqBu gün, 11:52Polis Yasamalda vətəndaşın evinə zərər vuran şirkətin söküntü işlərini dayandırıb - VİDEOBu gün, 11:41İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edibBu gün, 11:37Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!Bu gün, 11:28İranda prezident seçkiləri keçirilirBu gün, 11:25Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 11:21“İsa bulağı” istirahət kompleksinin açılışı olubBu gün, 10:54İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilibBu gün, 10:44Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıbBu gün, 10:36Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18
Bütün xəbərlər