2018-ci ilin yanvarından 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

2018-ci ilin yanvarından 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq

18:32 - 19 / 08 / 2017
2018-ci ilin yanvarından 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq

“Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı mərhələ-mərhələ artırılıb. Yalnız 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ilin yanvar ayından artırılacaq”.

1news.az xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, əmək haqqının artımı 40%-ə yaxın olacaq.

Nazirlik rəsmisi qeyd edib ki, bununla da 2018-ci ilin yanvarından artıq bütün ölkə üzrə müəllimlər artımla əmək haqqı alacaq: “Bu günə kimi əmək haqqı artırılan müəllimlərin sayı 90 mindir. Qalan 40 minə yaxın müəllimin əmək haqqı isə yanvardan artırılacaq”.

 1news.az

Paylaş:
6378

Son xəbərlər

Bütün xəbərlər