Rosen Plevneliev: Gələcəyimizin daha yaxşı qurulması üçün gənclərin bir araya gəlmələri çox önəmlidir | 1news.az | Xəbərlər
Siyasət

Rosen Plevneliev: Gələcəyimizin daha yaxşı qurulması üçün gənclərin bir araya gəlmələri çox önəmlidir

16:30 - 21 / 08 / 2017
Rosen Plevneliev: Gələcəyimizin daha yaxşı qurulması üçün gənclərin bir araya gəlmələri çox önəmlidir

Ümumiyyətlə, Qlobal Bakı Forumu özünü uğurla doğruldub. İndiyə qədər Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə beş Qlobal Forum keçirilib.

Dünyanın müxtəlif ölkələrindən siyasi liderlər, mədəniyyət adamları, ictimai xadimlər bu forumlarda planetimizin gələcəyi üçün vacib olan məsələləri müzakirə edir, önəmli qərarlar qəbul edirlər. İndi isə Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. İlk dəfə keçirilən bu forum çox önəmli tədbirdir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri müsahibəsində Qlobal Gənc Liderlər Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib.

Sabiq Prezident qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu gələcək həyatımız baxımından mühüm tədbirdir. Bu Forum dünyanın müxtəlif yerlərindən gəncləri bir məkanda toplayır. Gələcəyimizin daha yaxşı qurulması, planetimizin gələcək həyatına kömək üçün bundan yaxşı yol yoxdur. Gənclər həm fəaldırlar, həm də onların öz mövqeyi var.

Ümumi fikrə gəlmək üçün debatları gənclərsiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan dünyanın müxtəlif ölkələrindən gənclərin Bakıya gələrək bu Forumda iştirakı çox önəmlidir. Onlar həm fikir mübadiləsi aparacaq, həm də gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəklər. Qlobal Gənc Liderlər Forumunda iştirak edən dünyanın nüfuzlu insanları, sabiq dövlət və hökumət başçıları çox müdrik insanlardır. Gənclərin və bu təcrübəli şəxslərin birgə müzakirə aparmaları çox əhəmiyyətlidir.

S.Xankişiyeva

Paylaş:
514

Son xəbərlər

“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11
Bütün xəbərlər