“Gəncə Marafonu-2017”də artıq 1000-dən çox iştirakçı qeydiyyatdan keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gəncə Marafonu-2017”də artıq 1000-dən çox iştirakçı qeydiyyatdan keçib

13:50 - 22 / 08 / 2017
“Gəncə Marafonu-2017”də artıq 1000-dən çox iştirakçı qeydiyyatdan keçib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 17-də təşkil olunacaq “Gəncə Marafonu-2017”də iştirak üçün artıq 1000-dən çox şəxs qeydiyyatdan keçib.

1news.az-ın verdiyi xəbərə görə,  “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında ilk dəfə keçiriləcək “Gəncə Marafonu-2017”də qeydiyyat avqustun 14-dən başlayıb və sentyabrın 17-dək davam edəcək.

“Gəncə Marafonu-2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Qeydiyyat aşağıdakı ünvanlarda aparılır:

• “Azercell Telekom”un Gəncə şəhərindəki ofislərində

• “Azercell Telekom”un Bakı şəhərindəki ofislərində

• Gəncə "ASAN xidmət" mərkəzində

• Azərbaycan Dövlət Aqrar Universitetində

• Gəncə Dövlət Universitetində

• Azərbaycan Dövlət Texnologiya Universitetində

• Gəncədəki Gənclər Evində

• Şəmkirdə RİİB-in ofisində

• Yevlaxda RİİB-in ofisində

• Tərtərdə RİİB-in ofisində

• Şəkidə RİİB-in ofisində

“Gəncə Marafonu–2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etmir.

Marafon Gəncə şəhərində Zəfər Tağından start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, Gəncəçay bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.

Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.

“Gəncə Marafonu–2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar.

Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.

Marafonla bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər, qeydiyyat prosesi barədə ətraflı məlumat “Gəncə Marafonu–2017”nin rəsmi Facebook səhifəsi - facebook.com/ganjamarathon və www.ganja.marathon.az saytında təqdim olunur.

Qeyd edək ki, “Gəncə Marafonu-2017” ilə əlaqədar məlumat mərkəzi də fəaliyyət göstərəcək. Marafon iştirakçıları və tədbirlə maraqlananlar (012) 310 13 31 nömrəsi ilə əlaqə saxlayaraq suallarını ünvanlaya bilərlər.

S.Xankişiyeva

Paylaş:
965

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər