Xəzərdə itkin düşən neftçilərin axtarışı başa çatıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə itkin düşən neftçilərin axtarışı başa çatıb – YENİLƏNİB

12:14 - 22 / 08 / 2017
Xəzərdə itkin düşən neftçilərin axtarışı başa çatıb – YENİLƏNİB

Keçən il dekabrın 15-də Xəzərdə estakadada baş verən bədbəxt hadisə nəticəsində itkin düşən neftçilərin axtarışı ilə bağlı yeni məlumat var.

1news.az-a Axtarış-xilasetmə Qərargahından verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində avqustun 18 – i saat 18:10 – da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilən aşkar edilən kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979 – cu il təvəllüdlü Əsədov Samir Atabala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Qeyd edək ki meyiti aşkar edilən Əsədov Samir Atabala oğlu itkin düşən neftçilərin sonuncusu idi.

 Bununla da, itkin düşən neftçilərin hamısı Qərargahın həyata keçirdiyi Axtarış – Xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verildi və axtarış – xilasetmə əməliyyatlarına yekun vuruldu.

S.Xankişiyeva

Paylaş:
587

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər