Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə dair müşavirə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə dair müşavirə keçirilib

18:15 - 23 / 08 / 2017
Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə dair müşavirə keçirilib

Avqustun 23-də Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, müşavirədə Baş nazirin müavini Əli Əhmədov, Səhiyyə Nazirliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da sahibsiz heyvanlar problemi mövcuddur. Əhalinin sağlamlığının qorunması, virus daşıyıcısı olan sahibsiz heyvanların təcrid edilməsi üçün müvafiq qurumlar tərəfindən ciddi addımların atılmalı olduğunu vurğulayan Əli Əhmədov deyib: “Bu məsələnin həllində aparıcı ölkələrin təcrübəsindən də yararlanmaq lazımdır. Azərbaycan ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılmalı, onlar peyvənd olunmalı, yayıla biləcək xəstəliklərin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir”.

Müşavirədə problemin köklü həlli üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasının, bu məsələyə mətbuatın da geniş cəlb olunmasının vacibliyi vurğulanaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.

Bu yaxınlarda Sumqayıt şəhərində sahibsiz itin dişləməsi nəticəsində azyaşlı uşağın həlak olmasına toxunan Baş nazirin müavini bildirdi ki, bu məsələ ciddi araşdırılmalıdır.

Sonda məsələnin ciddiliyi nəzərə alınaraq onun nəzarətə götürülüb həll olunması üçün təkliflər paketinin hazırlanması, profilaktik tədbirlərin görülməsi barədə qərar qəbul olundu.

1news.az

Paylaş:
674

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər