“Neft Daşları”nda yeni quyu istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Neft Daşları”nda yeni quyu istismara verilib

20:29 - 23 / 08 / 2017
“Neft Daşları”nda yeni quyu istismara verilib

SOCAR-ın “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür.

1news.az-ın məlumatına görə, bu günlərdə “Neft Daşları” yatağındakı 1937A saylı estakadayanı meydançadan 2648 nömrəli quyu qazmadan sonra istismara verilib.

Quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 1610-1602 metr intervaldan sutkalıq 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

1news.az

Paylaş:
1006

Son xəbərlər

Bütün xəbərlər