Bayram Kürdəxanılının ölümü ilə bağlı cinayət işi açılıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram Kürdəxanılının ölümü ilə bağlı cinayət işi açılıb – YENİLƏNİB

10:50 - 23 / 08 / 2017
Bayram Kürdəxanılının ölümü ilə bağlı cinayət işi açılıb – YENİLƏNİB

Tanınmış meyxanaçı Bayram Kürdəxanılının (Bayramqulu Quliyev) ölümü ilə bağlı cinayət işi açılıb.

1news.az-a Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Bayram Kürdəxanılının avtomobillə vurulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən sürücü şübhəli şəxs qismində saxlanılıb.

Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

09:20

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb.

Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəni törətmiş E.Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
788

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər