“Təhlükəsiz internet” xidməti istifadəyə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Təhlükəsiz internet” xidməti istifadəyə verildi

16:35 - 24 / 08 / 2017
“Təhlükəsiz internet” xidməti istifadəyə verildi

“Baktelecom” bu gündən etibarən “Bakinternet” istifadəçiləri üçün “Təhlükəsiz internet” xidmətinin tətbiqinə başlayıb.

1news.az-a Qurumdan verilən məlumata görə, bu filtirasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər hər növ təhlükəli məzmunlardan qoruna biləcəklər. Beləliklə, internetdən istifadə edən hər kəs bank hesablarını ələ keçirən onlayn qumar oyunları, spirtli içki, tütün və narkotik maddələri təbliğ edən saytlara girişi bloklamaqla, öz şəxsi məlumatlarını kiber-cinayətkar şəbəkələr və digər fişinqlərdən qorumaq imkanı əldə edəcək. Həmçinin səmərəliliyin artırılması məqsədi ilə təhlükəsiz internet xidmətini iş yerlərində də tətbiq etmək mümkündür.

Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlərin azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya, ekstremizm və s. təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarəti güclənəcək.

Təhlükəsiz internet xidmətindən istifadə çox sadədir. Belə ki, istifadəçi www.baktelecom.az saytının “Şəxsi kabinet” bölməsinə daxil olaraq “Təhlükəsiz internet” xidmətinə qoşula bilər. Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin istənilən zaman filtri deaktiv edərək, “qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar.

İstifadəçilər bu xidmətə qoşulmaq üçün aidiyyatı Telekommunikasiya qovşaqları və “Şəbəkə” xidmət mərkəzlərinə də müraciət edə bilərlər. Ətraflı məlumat üçün 155 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiz.

S.Xankişiyeva

Paylaş:
617

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər