Unibank sahibkarlar üçün yeni kart hazırladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank sahibkarlar üçün yeni kart hazırladı

17:20 - 24 / 08 / 2017
Unibank sahibkarlar üçün yeni kart hazırladı

Unibank biznes sahiblərinə dəstək məqsədi ilə Albalı Biznes Kartını təqdim edir.

Albalı Biznes Kartı mağazalarla distributor şirkətlər arasında ticarətin daha rahat və təhlükəsiz aparılmasına, operativliyin təmin olunmasına, dövriyyənin artırılmasına imkan yaradan, debet və kredit funksiyalarını özündə birləşdirən çox sərfəli bank kartıdır.

Albalı Biznes Kartının unikal üstünlüklərə malik olması və Unibank Business Mobile əlavəsinə qoşulmaq imkanı, günün istənilən vaxtı mağaza sahibinin və distributorun əməliyyatlar aparmasını və hesablarına nəzarət etməsini mümkün edir.

Albalı Biznes Kartı həm mağaza sahibləri, həm də distributor şirkətlərinə bir çox üstünlüklər verir:

Kart sahibləri üçün üstünlüklər:

  • Güzəştli (faizsiz) kredit xətti imkanı;
  • Günün istənilən saatı, istənilən yerdə distributorlara ödənişlərin əlavə sənədsiz və komissiyasız köçürülməsi;
  • Ödənişdən dərhal sonra mağaza sahibi və ekspeditorun məlumatlandırılması;
  • Unibank Business Mobile və İnternet bank xidmətinə qoşulmaqla ödənişlərə 24/7 nəzarət etmək imkanı;
  • Büdcə ödənişlərini (DSMF/Vergi/Gömrük və digər) Albalı Biznes Kartdan Unibank Business Mobile vasitəsi ilə etməyin mümkünlüyü;
  • Unibank-ın istənilən filialından, cash-inindən, E-manat ödəmə terminallarından karta şəxsi vəsaitin mədaxil imkanı; 
  • Mağaza sahibinin ödəmələri haqqında tarixçənin Unibank Business Mobile- də avtomatik formalaşması.

Distributor şirkətləri üçün üstünlüklər:

  • Nağd pulların idarə edilməsi riskindən azad olma;
  • Bank tərəfindən mağazalara verilən kredit xətti hesabına dövriyyənin artırılması və xərclərin optimallaşdırılması;
  • Şəffaf Hesabat;
  • Hesaba pulun anında daxil olması.

Ticarət obyekti sahibi bankın istənilən filialına cəmi bir dəfə  gəlməklə Albalı Biznes kartını pulsuz ala bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Albalı Biznes - Ticarətin asan yolu!

Unibank - Biznesinizə daimi dəstək!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Paylaş:
708

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər