Ağcabədidə qazıntı aparılan yerdə top mərmisi tapılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə qazıntı aparılan yerdə top mərmisi tapılıb – FOTO

14:25 - 25 / 08 / 2017
Ağcabədidə qazıntı aparılan yerdə top mərmisi tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqustun 25-də Ağcabədi rayonu Avşar kəndi ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 25 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu Avşar kəndində qazıntı işləri aparılan ərazidə bir ədəd mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə asfalt yolun kənarında qazıntı aparılan hissəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş bir ədəd 122 mm-lik iynəli top mərmisi (Ş-1) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 2 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 25 avqust 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 11 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə,  suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 6 803 ədəd partlamamış hərbi sursat, 197 ədəd tank əleyhinə mina və 31 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 702 817 kv.m ərazi (725 033 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Babək Cahandarov

Paylaş:
691

Son xəbərlər

AZAL QSC informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürübBu gün, 11:06“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edirBu gün, 11:04Beyləqanda süpürgəçini maşın vuraraq öldürübBu gün, 10:58Qızıl və gümüş ucuzlaşıbBu gün, 10:45Taxıl zəmilərinin 73 faizində biçin başa çatıbBu gün, 10:43Bu il uşağın anadan olmasına görə təyin olunan müavinətin sayı açıqlandıBu gün, 10:28FHN əməkdaşları 10 nəfəri xilas etdiBu gün, 10:20İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıbBu gün, 09:58Sumqayıtda bəzi ərazilərin elektrik enerjisi təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:55Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanırBu gün, 09:50Nyu-York birjasında təbii qaz bahalaşıbBu gün, 09:47Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:32Gimnastımız Portuqaliyada qızıl medal qazanıbBu gün, 09:27Bu gün üç rayonda qazın təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:18AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:14Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHIBu gün, 08:58Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23
Bütün xəbərlər