Mətbuat Şurası Mehman Əliyevlə bağlı Prezident İlham Əliyevə müraciət ünvanladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurası Mehman Əliyevlə bağlı Prezident İlham Əliyevə müraciət ünvanladı

14:15 - 25 / 08 / 2017
Mətbuat Şurası Mehman Əliyevlə bağlı Prezident İlham Əliyevə müraciət ünvanladı

Azərbaycan Mətbuat Şurası “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb.

1news.az-ın verdiyi xəbərə görə, müraciətdə bildirilir:

 “Sizin Azərbaycan mediasına, onun problem və çətinliklərinin aradan qaldırılmasına, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn həssas münasibətiniz ölkəmizdə mövcud istiqamətdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu dəst-xəttiniz jurnalistlərimiz tərəfindən dərin rəğbət və ehtiramla qarşılanmaqdadır. Media ictimaiyyətimiz eyni zamanda söz və ifadə azadlığının dərinləşməsinə yönələn səmimi mövqeyinizi görür, yüksək qiymətləndirir, səsləndirdiyiniz fikirləri özünün fəaliyyət platforması kimi qəbul edir. Qətiyyətlə demək olar ki, Siz azad sözün, müstəqil fikrin müdafiəçisi olan işıqlı lidersiniz. Buna görə də jurnalistlər Sizi özlərinin dostu hesab edirlər və heç şübhəsiz, bu dostluq əbədidir.

Bildiyimiz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin müstəqilliyi uğrunda mücadilənin geniş vüsət aldığı bir dövrdə prosesin ilhamvericisi qismində çıxış edən media orqanlarımız da təşəkkül tapmağa başladı. Bunlardan biri də “Turan” İnformasiya Agentliyidir. Agentlik həmin mərhələdə Azərbaycanla bağlı başlıca informasiya mənbələrindən biri olmaqla yanaşı, eyni zamanda daxili ictimai-siyasi mühitin formalaşmasına da mühüm töhfəsini verdi. Mövcud xüsusda “Turan”ın baş direktoru Mehman Əliyevin də əməyi vurğulanmalıdır. O, özünü cəmiyyətə peşəkar jurnalist olaraq təqdim etdi.

M.Əliyevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırmalar gedir. Sizə müraciət ünvanlamaqla hər zamankı hümanizminizə, insanpərvər mövqeyinizə güvənirik. İnanırıq ki, bu mövqeyinizi “Turan” İnformasiya Agentliyinin rəhbərinə münasibətdə də görəcəyik.

Möhtərəm cənab Prezident, xahiş edirik ki, M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyinizi əsirgəməyəsiniz. Həssas yanaşmanızın yaranmış problemin aradan qaldırılmasında həlledici rol oynayacağına əminik”.

S.Xankişiyeva

Paylaş:
940

Son xəbərlər

Ceyhun Bayramov: Sülh müqaviləsinin müzakirəsi üzrə açıq sualların sayı xeyli azalıbBu gün, 11:50İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib - FƏRMANBu gün, 11:41Yeni Günəşlidə avtomobil hissələri oğurlanıb, şübhəli bilinən 5 yeniyetmə saxlanılıbBu gün, 11:36“The Ritz-Carlton”, Bakı “The Signature Journey” layihəsini “Blanc by Aytems” restoranından şef Ayt Ems ilə davam etdirir - FOTOBu gün, 11:35Dövlət Başçısı Dövlət Neft Fondunun 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyibBu gün, 11:26AZAL QSC informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürübBu gün, 11:06“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edirBu gün, 11:04Beyləqanda süpürgəçini maşın vuraraq öldürübBu gün, 10:58Qızıl və gümüş ucuzlaşıbBu gün, 10:45Taxıl zəmilərinin 73 faizində biçin başa çatıbBu gün, 10:43Bu il uşağın anadan olmasına görə təyin olunan müavinətin sayı açıqlandıBu gün, 10:28FHN əməkdaşları 10 nəfəri xilas etdiBu gün, 10:20İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıbBu gün, 09:58Sumqayıtda bəzi ərazilərin elektrik enerjisi təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:55Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanırBu gün, 09:50Nyu-York birjasında təbii qaz bahalaşıbBu gün, 09:47Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:32Gimnastımız Portuqaliyada qızıl medal qazanıbBu gün, 09:27Bu gün üç rayonda qazın təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:18AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:14
Bütün xəbərlər