“Əsgər oğul, ürəyini aç mənə” - yeni layihənin icrasına başlanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əsgər oğul, ürəyini aç mənə” - yeni layihənin icrasına başlanıb – FOTO

16:34 - 25 / 08 / 2017
“Əsgər oğul, ürəyini aç mənə” - yeni layihənin icrasına başlanıb – FOTO

Cəbhə bölgələrində, xüsusilə döyüş mövqelərində xidmət keçən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədilə yeni layihənin icrasına başlanılıb.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin, görkəmli psixoloqların, eləcə də ictimaiyyət nümayəndələrinin cəlb edildiyi tədbirlərdə fərdi və kompleks yanaşma üsulu ilə hərbi qulluqçuların mənəvi-psixoloji durumu öyrənilir, arzu və təklifləri nəzərə alınır, reabilitasiya tədbirləri həyata keçirilir. Əgər bir əsgər özünə qapanıbsa, ürəyində gizli saxladığı hər hansı bir sirri varsa, onun qəlbinə yol açılır, emosional təsir vasitələrinin: canlı sözün, musiqinin, ağsaqqal məsləhətinin təsiri ilə daxili aləmi öyrənilərək narahatlıq və həyəcanına son qoyulur.

Düşmənlə təmas xəttində, zirvələrdəki ön səngərlərdə təşkil olunan görüşlərdə Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət xadimi, şair-publisist Barat Vüsal, Gəncə Dövlət Pedaqoji Universitetinin qocaman dosenti, ədəbiyyatşünas-alim Aydın Nağdəliyev Vətən müdafiəçiləri ilə səmimi söhbət edib, onları maraqlandıran sualları cavablandırıb, Azərbaycan ədəbiyyatında Vətən, vətənpərvərlik, Vətənin müdafiəsi, qəhrəmanlıq ənənələri barədə ətraflı məlumat veriblər.
Barat Vüsal yeni şeirlərini oxuyub, Aydın Nağdəliyev Oğuz elinin ağsaqqalı Dədə Qorqudun deyimləri ilə döyüşçülərə öyüd-nəsihət verib, “İgidin başına hər nə gəlibsə, uyğudan gəlib”, - deyə onları hər an döyüş mövqeyində ayıq-sayıq, ehtiyatlı olmağa çağırıb.

Əsgərlər qonaqlara ürəklərini açıb, işğal altında olan torpaqları azad etməkdən başqa özgə problemlərinin olmadığını deyiblər.

Layihənin müəllifi, Əməkdar İncəsənət xadimi A.Qurbani bildirib ki, bu kimi tədbirlər şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında formalaşmasına, öz vəzifə məsuliyyətlərini daha da dərindən dərk etmələrinə, bütün qayğılardan uzaq olaraq yalnız Vətənə sevgi, dövlətə sədaqətlə milli təhlükəsizliyimizi etibarlı şəkildə qorumalarına möhkəm zəmin yaradır.

Babək Cahandarov

Paylaş:
764

Son xəbərlər

Ceyhun Bayramov: Sülh müqaviləsinin müzakirəsi üzrə açıq sualların sayı xeyli azalıbBu gün, 11:50İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib - FƏRMANBu gün, 11:41Yeni Günəşlidə avtomobil hissələri oğurlanıb, şübhəli bilinən 5 yeniyetmə saxlanılıbBu gün, 11:36“The Ritz-Carlton”, Bakı “The Signature Journey” layihəsini “Blanc by Aytems” restoranından şef Ayt Ems ilə davam etdirir - FOTOBu gün, 11:35Dövlət Başçısı Dövlət Neft Fondunun 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyibBu gün, 11:26AZAL QSC informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürübBu gün, 11:06“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edirBu gün, 11:04Beyləqanda süpürgəçini maşın vuraraq öldürübBu gün, 10:58Qızıl və gümüş ucuzlaşıbBu gün, 10:45Taxıl zəmilərinin 73 faizində biçin başa çatıbBu gün, 10:43Bu il uşağın anadan olmasına görə təyin olunan müavinətin sayı açıqlandıBu gün, 10:28FHN əməkdaşları 10 nəfəri xilas etdiBu gün, 10:20İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıbBu gün, 09:58Sumqayıtda bəzi ərazilərin elektrik enerjisi təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:55Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanırBu gün, 09:50Nyu-York birjasında təbii qaz bahalaşıbBu gün, 09:47Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:32Gimnastımız Portuqaliyada qızıl medal qazanıbBu gün, 09:27Bu gün üç rayonda qazın təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:18AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:14
Bütün xəbərlər