Bank of Baku-dan 20% ilkin ödənişlə 100.000 AZN-dək ipoteka krediti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-dan 20% ilkin ödənişlə 100.000 AZN-dək ipoteka krediti

17:32 - 25 / 08 / 2017
Bank of Baku-dan 20% ilkin ödənişlə 100.000 AZN-dək ipoteka krediti

Bank of Baku, ipoteka kreditləri üzrə şərtlərini daha da yüngülləşdirdi. İndi ev əldə etmək arzusunda olan şəxslər 100.000 AZN-dək ipoteka kreditini güzəştli şərtlərlə minimal 20% İLKİN ÖDƏNİŞ etməklə əldə edə bilərlər.

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsaiti hesabına Bank of Baku tərəfindən təklif olunan ipoteka kreditlərinin maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLLİK FAİZ DƏRƏCƏSİ 8% təşkil edir.

Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:

- Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;

- Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

- Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

- İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

Mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank of Baku-ya müraciət edə bilərlər.

Bank of Baku-nun təqdim etdiyi İpoteka krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə və ya banka yaxınlaşmaqla  əldə etmək olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Paylaş:
947

Son xəbərlər

Bütün xəbərlər