Salyanda “KamAZ” 79 yaşlı kişini vuraraq öldürüb

Salyan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, avqustun 25-də saat 21 radələrində Salyan şəhəri ərazisində Bakı şəhər sakini Simran Mehdiyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən şəhər sakini, 79 yaşlı İngilis Məmmədovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.
Babək Cahandarov
1006