Azərbaycan- Surinam parlamentlərarası münasibətləri müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan- Surinam parlamentlərarası münasibətləri müzakirə edilib

16:43 - 28 / 08 / 2017
Azərbaycan- Surinam parlamentlərarası münasibətləri müzakirə edilib

İqamətgahı Brazilia şəhərində olmaqla Azərbaycanın Surinam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov bu ölkənin Milli Assambleyasının spikeri, xanım Cennifer Qirlings-Simonsla (Jennifer Geerlings-Simons) görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, görüşdə, ikitərəfli parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Tərəflər, ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu və bu sahədə qanunverici orqanların xüsusi rolu olduğunu qeyd ediblər.

Sonda, Səfir Elxan Poluxov Surinam Respublikası Milli Assambleyasının xatirə kitabını imzalayıb.

P.Sultanova

Paylaş:
863

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər