XİN qasırğa qurbanlarının ailələrinə başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

XİN qasırğa qurbanlarının ailələrinə başsağlığı verib

18:05 - 28 / 08 / 2017
XİN qasırğa qurbanlarının ailələrinə başsağlığı verib

Azərbaycanın  Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatının Hyuston şəhərində baş vermiş “Harvi” qasırğası ilə bağlı həlak olanların ailəsinə başsağlığı verib.

1news.az bu barədə XİN-in “Tvitter” səhifəsinə istinadla xəbər verir:

“Bizim düşüncələrimiz və dualarımız təbii fəlakətdən zərərçəkənlərlədir”.

Qeyd edək ki, qasırğa səbəbindən ölən və  onlarla yaralanan var. Təbii fəlakətin fəsadlarını aradan qaldıran xilasedicilər axtarış-xilasetmə tədbirlərini davam etdirir. Daşqınlarla əlaqədar 2 000 nəfər müvafiq xidmətlərə müraciət edib.

Qeyd edək ki, “Harvi” qasırğası tropik qasırğa səviyyəsinə qədər zəifləyib. Ancaq qasırğanın təhlükəli subasmalara yol açacağı barədə xəbərdarlıq olunub.

P.Sultanova

Paylaş:
615

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər