Qəbələ və Mingəçevirdə 4 nəfər bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələ və Mingəçevirdə 4 nəfər bıçaqlanıb

20:13 - 28 / 08 / 2017
Qəbələ və Mingəçevirdə 4 nəfər bıçaqlanıb

Avqustun 25-də Qəbələ rayonunun Zağan kəndində Bakı şəhər sakini Tərlan Nəsirli münaqişə zəminində rayon sakinləri Tural Tağıyevə və Babək Muradxanova bıçaqla xəsarət yetirib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Nəsirli tutulub.

Analoji hadisə avqustun 26-da Mingəçevir şəhərində də qeydə alınıb. Belə ki, şəhər sakini Elvin Qənbərli münaqişə zəminində həmyerliləri Zamiq Məmmədova və Mehman Məmmədova bıçaqla xəsarət yetirib.

Mİngəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən E.Qənbərli tutulub.

1news.az

Paylaş:
701

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər