Yevlaxda 8, Tovuzda 2 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda 8, Tovuzda 2 otaqlı ev yanıb

11:33 - 28 / 08 / 2017
Yevlaxda 8, Tovuzda 2 otaqlı ev yanıb

Bu gün gecə saatlarında Yevlax və Tovuz rayonlarında yerləşən iki evdə güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Yevlax şəhərində ümumi sahəsi 268 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 134 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Tovuz şəhərində isə ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə və 4 m2 sahəyə yığılmış 2 kub odun yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər