Azərbaycan həqiqətləri ilə bağlı kitabça nəşr edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan həqiqətləri ilə bağlı kitabça nəşr edilib – FOTO

13:15 - 30 / 08 / 2017
Azərbaycan həqiqətləri ilə bağlı kitabça nəşr edilib – FOTO

“Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyi “Xarici internet və sosial mediada Azərbaycan həqiqətlərinin yayılması günün tələbidir” adlı kitabça nəşr edib. 

1news.az-ın məlumatına görə, sözügedən kitab Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində işıq üzü görüb.

Kitabçada adıçəkilən layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında əksini tapmış məlumat və şəkillərlə yanaşı, Azərbaycan həqiqətlərinin təbliği yönündə ekspert, diaspor və gənclər təşkilatları nümayəndələrinin fikirləri yer alıb.

Kitabça müvafiq sahə üzrə ekspertlər, gənclər təşkilatları, diaspor nümayəndələri arasında paylanmaq üçün nəzərdə tutulub. Kitabçanın çap olunması və paylanması ilə “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsinə yekun vurulub. 

Məlumat üçün bildirək ki, layihə çərçivəsində, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda aktiv və düzgün iştirak”, “Xarici internet mediada Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda kəsərli məqalələrlə çıxış”, Bakı İslam Universitetində xarici dil bilən və internetdə aktiv olan gənclər üçün “Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda effektli bloqçuluq” mövzularında təlimlər keçirilib.

Təlimlərdə 65-dən artıq gənc mütəxəssis və tələbə iştirak edib. Təlimlərdə xarici dillərdə Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda yazılarla, statuslarla və bloqçu kimi çıxış etməyin effektli yolları iştirakçılara başa salınıb, gənclərə Azərbaycan həqiqətləri, Qarabağ probleminin dünyada təqdimatı mövzusunda məlumatlar verilib, mənbələr göstərilib.

Sonda təlimləri uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim edilib. Həmçinin, layihə çərçivəsində “Yenimedia.info” saytı Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənməkdədir.

Babək Cahandarov

Paylaş:
641

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər