Alim: Xəzərin səviyyəsinin düşməsi bütün sahilyanı ölkələrdə problem yaradacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Alim: Xəzərin səviyyəsinin düşməsi bütün sahilyanı ölkələrdə problem yaradacaq

17:06 - 30 / 08 / 2017
Alim: Xəzərin səviyyəsinin düşməsi bütün sahilyanı ölkələrdə problem yaradacaq

“Qlobal istiləşmənin davam edəcəyi halda Xəzər dənizinin yalnız Rusiya və Qazaxıstan ərazisində quruyacağı ilə bağlı fikirlər səsləndirmək düzgün deyil. Çünki Xəzər dənizi birləşmiş bir qabdır. Qlobal istiləşmə və dənizin səviyyəsinin azalması müşahidə edilərsə, sahil zonasının hər yerində və dayaz ərazilərdə quruma müşahidə edilə bilər”.

 1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov rusiyalı və fransalı ekspertlərin Xəzərin Rusiya və Qazaxıstan akvatoriyasının 75 ilə quruyacağı ilə bağlı hazırladıqları araşdırma materialına münasibət bildirərkən deyib.

O bildirib ki, Xəzərin səviyyəsinin aşağı düşməsi nəinki Rusiya və Qazaxıstanda, digər sahilyanı ölkələrdə, həmçinin Azərbaycanın dayaz ərazilərində də qurumaya səbəb ola bilər. 

R. Məmmədov qeyd edib ki, hər il Xəzər dənizinin səviyyəsinin 15-20 santimetrə kimi azalması müşahidə edilir: “Bu da Xəzər dənizinin sahil ərazilərində, xüsusən dənizin dayaz yerlərində problemlər yaradır. Xəzər dənizinin dayaz yerlərinin çox hissəsi isə şimali Xəzərin-Qazaxıstan və Rusiyanın ərazisinə düşür. Burada orta dərinlik 7 metrdir. Səviyyənin aşağı düşməsi suyun azalması, xüsusən biomüxəliflik və gəmi fəaliyyəti üçün problem yarada bilər. Bu məsələ Azərbaycanın Neftçala rayonunda da problem yaradacaq. Çünki oranın sahil zonasında meyllik və dərinlik azdır. Nisbətən belə problemlər Lənkəran düzənliyi sahəsində, hətta Xaçmazdan Sumqayıta kimi az-çox özünü göstərə bilər. Sadəcə, şimalı - Rusiya və Qazaxıstan ərazisini müstəsna hal kimi göstərməyə ehtiyac yoxdur. Bu problem Azərbaycan və digər sahilyanı ölkələrdə də müşahidə oluna bilər. Çünki qlobal istiləşmə və səviyyənin azalması nəticəsində suyun quruması dayaz ərazilərdə özünü daha çox büruzə verəcək”.

İnstitut direktoru əlavə edib ki, yaxın gələcəkdə suyun səviyyəsinin aşağı düşməsinin dayanacağı və ya əksinə, artacağına heç kim zəmanət verə bilməz. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi iqlim dəyişmələri ilə əlaqədardır və bununla bağlı çoxillik proqnoz vermək mümkün deyil:

“Bu məsələ elm tərəfindən həll olunduğu zaman Xəzər dənizinin səviyyəsi haqqında da etibarlı və uzunmüddətli proqnozlar vermək mümkün olacaq. Amma mən güman edirəm ki, səviyyənin aşağı düşməsi uzun müddət davam etməyəcək və yaxın zamanlarda dayanacaq. Çünki Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri dənizin səthində buxarlanmanın çoxalmasıdır. Səviyyə getdikcə aşağı düşürsə, dəniz səthinin sahəsi azalır və bu da buxarlanmanın azalmasına gətirib çıxarır. Proqnozlara görə, Volqa hövzəsində yağıntının miqdarı artacaq. Bir tərəfdən buxarlanmanın azalması və yağıntının miqdarının artması, yəni Volqa çayının suyunun artması bu məsələni dayandıracaq. Qeyd edim ki, son 12 ildə Xəzər dənizinin səviyyəsi 1,5 metr azalıb. Bu, böyük rəqəmdir və ölkələrin sosial-iqtisadi həyatına ziyan vura bilər”. 

S.Xankişiyeva

Paylaş:
538

Son xəbərlər

“McDonald's Azərbaycan” internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTOBu gün, 10:15Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı! - FOTOBu gün, 10:14İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir - CANLIBu gün, 10:08Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıbBu gün, 10:03Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayırBu gün, 10:01Azərbaycanlı şagird Sidneydə olimpiadada qalib olubBu gün, 09:58Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 09:46AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:44Motoverse 1 yaşında! - FOTO - VİDEOBu gün, 09:33Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:27Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar vətəndaşlara elektron şəkildə təqdim olunacaqBu gün, 09:10“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayırBu gün, 09:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:05Hazırda havada tozun miqdarı normadan 1,2 dəfə artıqdıBu gün, 09:01Paytaxt yollarında müşahidə olunan vəziyyət açıqlandı - SİYAHIBu gün, 08:59Şuşaya qayıdış bu tarixdən başlayacaq30 / 04 / 2024, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilib30 / 04 / 2024, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib30 / 04 / 2024, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb30 / 04 / 2024, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb30 / 04 / 2024, 17:11
Bütün xəbərlər