FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir

18:54 - 30 / 08 / 2017
FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir

Xəbər verdiyimiz kimi, avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Samtsxe-Cavaxeti regionunda baş verən meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə xüsusi avadanlıqla təchiz olunmuş helikopter göndərib.

FHN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinə məxsus “Ka-32A” helikopteri artıq Gürcüstanın Samtsxe-Caxaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

1news.az

Paylaş:
551

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər