Azərbaycan səfiri Macarıstanın yüksək ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan səfiri Macarıstanın yüksək ordeni ilə təltif edilib

09:25 - 30 / 08 / 2017
Azərbaycan səfiri Macarıstanın yüksək ordeni ilə təltif edilib

Macarıstan Prezidenti Yanoş Aderin imzaladığı fərmanla Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev yüksək hökumət mükafatı – “Xidmətlərə görə” ordeninin komandor dərəcəsi ilə (II dərəcə) təltif edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə məlumat rəsmi hökumət bülletenində dərc olunub.

Səfir bu mükafata Macarıstan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə görə layiq görülüb.

S.Xankişiyeva

Paylaş:
769

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər