Havanın temperaturu Bakıda 36, rayonlarda 38 dərəcəyə qədər yüksələcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu Bakıda 36, rayonlarda 38 dərəcəyə qədər yüksələcək

12:58 - 30 / 08 / 2017
Havanın temperaturu Bakıda 36, rayonlarda 38 dərəcəyə qədər yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 31-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 757  mm civə sütunu, nisbi rütubət  gecə 65-70, gündüz  45-50 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
503

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər