Rusiyadan Azərbaycana PDM-3 satışı gələn il başa çatacaq | 1news.az | Xəbərlər
Siyasət

Rusiyadan Azərbaycana PDM-3 satışı gələn il başa çatacaq

18:18 - 31 / 08 / 2017
Rusiyadan Azərbaycana PDM-3 satışı gələn il başa çatacaq

Hərbi piyada döyüş maşınlarının – PDM-3-ün Azərbaycana satışına dair 2010-cu ildə imzalanmış müqavilənin həyata keçirilməsi gələn il başa çatacaq. Bu barədə Rusiyanın TASS agentliyinə hərbi-texniki əməkdaşlıq sistemindən bildiriblər.

Agentlik xatırladır ki, Moskva və Bakı böyük həcmdə silah və texnika satışı barədə 2010-cu ildə razılığa gəliblər. Söhbət 3 batalyon T-90C tankları, özüyeriyən artilleriya, reaktiv yaylım atəş sistemləri, ağır odsaçan sistemlər, eləcə də təmir-təxliyə və mühəndis maşınlarından gedir. Ekspertlər müqaviləni təxminən bir milyon dollar məbləğində dəyərləndirirlər.

AZƏRTAC

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər