Bu il tikilən məktəblərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il tikilən məktəblərin sayı açıqlanıb

19:34 - 31 / 08 / 2017
Bu il tikilən məktəblərin sayı açıqlanıb

Bu il bütün mənbələr hesabına 71 məktəb inşa edilib.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, həmin məktəblərdən 61-i modul tipli məktəbdir.

İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.

“12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub”- deyə, nazirlikdən bildiriblər.

1news.az

Paylaş:
677

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər