“Abituriyent” jurnalının xüsusi buraxılışı çap edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Abituriyent” jurnalının xüsusi buraxılışı çap edilib

18:40 - 01 / 09 / 2017
“Abituriyent” jurnalının xüsusi buraxılışı çap edilib

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edib.

1news.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub. 


Jurnalı “Abituriyent” satış köşkündən, kitab mağazalarından almaq olar.  Abituriyentlər jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilər (Xidmətə keçid:http://eservices.dim.gov.az/ejurnal/).

Babək Cahandarov

Paylaş:
3231

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər