Bakıda top mərmisinin başlığı və minaatan mərmisi tapılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda top mərmisinin başlığı və minaatan mərmisi tapılıb – FOTO

12:15 - 01 / 09 / 2017
Bakıda top mərmisinin başlığı və minaatan mərmisi tapılıb – FOTO

Avqustun 30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qaradağ rayonu Ümüd qəsəbəsi ərazisində partlamamış hərbi sursatın olması  barədə məlumatlar daxil olub.

ANAMA-nın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Norm Sement zavodunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd partlamış top mərmisinin başlıq hissəsi götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bundan başqa, avqustun 31-də Agentliyə paytaxtın Xətai rayonu, NZS qəsəbəsi ərazisində minaatan mərmisinin olunması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Aşıq Qurban küçəsi 25 ünvanına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 30 avqust 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 11 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 168 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, Norm Sement zavodunun ərazisinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə,  suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 6 804 ədəd partlamamış hərbi sursat, 197 ədəd tank əleyhinə mina və 31 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 704 317 kv.m ərazi (726 533 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Babək Cahandarov

Paylaş:
748

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər