MN: Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları ancaq öz cəmiyyətini aldada bilər | 1news.az | Xəbərlər
Siyasət

MN: Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları ancaq öz cəmiyyətini aldada bilər

10:13 - 02 / 09 / 2017
MN: Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları ancaq öz cəmiyyətini aldada bilər

Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları ancaq erməni cəmiyyətini aldada bilər.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir-birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər:

"Ermənistan KİV-lərində yayılmış növbəti uydurmadan da xəbərdarıq. Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".

1news.az

Paylaş:
862

Son xəbərlər

Bütün xəbərlər