XİN: Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı azad olunub | 1news.az | Xəbərlər
Siyasət

XİN: Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı azad olunub

10:34 - 02 / 09 / 2017
XİN: Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı azad olunub

Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı - Salmanov Namiq Yusif oğlu, Rəşidbəyli Mövlud Firudin oğlu və  Əliyev Fərid Hüseyn oğlu Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) Liviyanın müvafiq qurumları ilə apardığı uzun danışıqlardan sonra 31 avqust 2017-ci ildə azad olunub.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Türkiyə şirkətinə məxsus "Kalkanlar 1" gəmisinin ekipaj üzvü olan sözügedən vətəndaşlarımız 27 fevral 2016-cı ildən itkin düşmüş şəxslər kimi axtarışa veriliblər. Özlərinin ailələrinə etdikləri sonuncu telefon zəngində gəminin batırıldığına dair məlumat versələr də, ətraflı danışa bilməmişdilər. XİN-in axtarışlarından sonra adıçəkilən şəxslərin Liviyanın Sirt şəhərində “İslamiyyə qüvvələri” tərəfindən girov götürüldüyü məlum olmuşdu.

Azərbaycanın Liviyada diplomatik nümayəndəliyi fəaliyyətini dayandırdığı üçün Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə konsulluq dəstəyi göstərməsi üçün müraciət edilmişdi. Eyni zamanda, vətəndaşlarımızın azad edilməsini təmin etmək üçün Liviyanın Azərbaycandakı səfirliyi ilə mütəmadi əsasda təmaslar davam etdirilib. Həmçinin sözügedən vətəndaşların ailə üzvləri ilə davamlı olaraq XİN-in Konsulluq İdarəsində görüşlər keçirilib, narahatlıqları dinlənilib və atılan addımlar barədə məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarımızın girovluqdan azad edilməsi və dövlət orqanlarının nəzarətində olan əraziyə gətirilməsi təmin olunub. Onlara qarşı Liviya ərazisindən qanunsuz şəkildə dizel yanacağının çıxarılması ilə büdcəyə külli miqdarda ziyan vurmaq barədə ittihamlar irəli sürülüb.

Bu əsnada Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyindən təcridxanaya baş çəkib Azərbaycan vətəndaşlarının saxlanma şəraiti ilə maraqlanması xahiş olunub. Onların ailə üzvləri ilə telefonla əlaqə saxlaması təmin olunub. Bununla yanaşı, XİN Liviyanın Azərbaycandakı səfirliyi vasitəsilə ittiham aktının təqdim olunmasını və konsulluq yardımının göstərilməsini tələb edib.

2 sentyabr 2017-ci ildə vətandaşlarımız Liviyadan Türkiyənin İstanbul şəhərinə gətirilib və İstanbuldakı Baş konsulluğumuz tərəfindən onlar üçün sərhəd keçmə sənədləri hazırlanıb, təyyarə ilə Bakıya yola salınıblar.

1news.az

 

Paylaş:
750

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər