Havanın temperaturu Bakıda 34, rayonlarda 38 dərəcəyə qədər yüksələcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu Bakıda 34, rayonlarda 38 dərəcəyə qədər yüksələcək

13:15 - 05 / 09 / 2017
Havanın temperaturu Bakıda 34, rayonlarda 38 dərəcəyə qədər yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 6-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 759  mm civə sütunu, nisbi rütubət  gecə 70-75, gündüz  45-50 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25, Türkan, Hövsan, Sahil, Şıxda  25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  19-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
543

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər