Unibank kartları əlavə dəyər verir

İndi Unibank kartları öz sahiblərinə Əlavə Dəyər Verir: 30%-dək cashback, 6%-dək depozit bonusu, yüzlərlə hədiyyələr və endirimlər.
Bu günədək Unibank kartına sahib olan müştərilər təkcə cashback layihəsi çərçivəsində 122 min AZN-ə yaxın vəsit qazanıb.
Əgər sizdə Unibank-ın əmək haqqı, ALBALI PLUS kredit, ALBALI PLUS debet və eləcə də digər debet kartlarından biri varsa, o deməkdir ki, kartdakı pulunuzu xərcləsəniz də, xərcləməsəniz də pulunuz dəyər qazanacaq. Unibank-ın loyallıq proqramı olan ƏDV layihəsi kart sahiblərinə kartla əməliyyat zamanı cashback, hesabda olan qalığa faiz, xüsusi endirimlər, güzəştlər, Mobil bankinqdə əməliyyatlar zamanı bonuslar qazandırır. Bonuslar isə sonda pullara və dəyərli hədiyyələrə çevrilir. Əlavə Dəyər qazanmaq üçün isə sizin etməli olduğunuz, sadəcə istənilən Unibank kartına sahib olmaqdır.
Unibank kartları sayəsində qazanacağınız əlavə dəyər bunlardır:
- Bütün kartlar cashback funksiyalı olduğundan, xərclədiyiniz pulun 30%-dək hissəsi cashback kimi geri qayıdır;
- Unibank kartlarıının çoxu (əmək haqqı kartları, ALBALI PLUS kredit, ALBALI PLUS debet) depozit funksiyalı olduğundan kartda saxladığınız şəxsi vəsaitinizə illik 6%-dək depozit bonusu qazanırsınız;
- Minlərlə partnyor və qeyri-partnyor mağazalarda çoxlu endirim və hədiyyələr sizə qazandırır;
- Bütün Unibank kartları ilə Unibank Mobile-da aparılan əksər əməliyyatlar bonuslar qazandırdığından, o bonusları pul və hədiyyələrə çevirmək mümkündür.
Unibank kartlarının digər üstünlükləri:
- Unibank-ın debet kartlarına mədaxili istənilən Unibank və E-manat ödəniş terminallarında həyata keçirmək mümkündür və məbləğ online olaraq həmin vaxt kart balansına yüklənir;
- Bütün kartlar avtomatik 3D secure xidmətinə qoşulub;
- Debet kartı istəyinizə görə manat və ya dollar valyutasında sifariş edə bilərsiniz;
- Kartın hansı ödəniş sistemində olmasını seçə bilərsiniz.
- Təcili kart lazımdırsa dərhal filialda Albalı debet kart almaq imkanı
Əgər hələ də dəyər qazandıran kartınız yoxdursa, onlayn sifariş edə https://onlineservices.unibank.az/OnlineCardOrder/?lang=az və ya istənilən Unibank filialından yaxınlaşmaqla, sərfəli bank kartı əldə edə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank - hər kəsin bankı!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.