Melikyan: Dini liderlər regionda sülhün yaradılmasını müzakirə edəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Melikyan: Dini liderlər regionda sülhün yaradılmasını müzakirə edəcəklər

10:14 - 05 / 09 / 2017
Melikyan: Dini liderlər regionda sülhün yaradılmasını müzakirə edəcəklər

Dini liderlərin istənilən görüşü sülh prosesinin surətləndirilməsinə istiqamətlənib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Eçmiədzin kilsəsinin mətbuat katibi Ter Vaqram Melikyan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında planlaşdırılan görüş barədə danışarkən deyib.

Onun sözlərinə görə, Rusiyanın da dini liderinin iştirakı ilə Moskvada keçiriləcək üçtərəfli görüşün bir məqsədi var: regional problemlərin və sülh quruculuğu məsələlərinin müzakirəsi:

"Görüşün gündəliyində sülhün vacibliyi, tam regional inkişaf və bölgədəki xalqların sülh içində birgəyaşayışı dayanır".

Dini liderlərin münaqişələrin həllində roluna gəlincə, Melikyan bildirib ki,  qarşıdakı əsas vəzifə dialoq üçün uyğun bir atmosfer yaratmaqdır:

"Əgər bizim xalqlarımızda tolerantlıq ruhu yaranmasa, münaqişə əsrlər boyu davam edəcəkdir. Bu ruhun formalaşdırılması vacibdir. Onun mövcudluğu şəraitində münaqişənin sülhlə həlli yolunu tapmaq olar. Dini liderlərin rolu siyasi qərarların qəbul edilməsində iştirak, yaxud ona təsir etmək deyil, iki xalqı dialoqa çəkmək üçün atmosferin qurulmasıdır”.

Onun sözlərinə görə, əgər daim nifrət və düşmənçilik müşahidə olunursa, o zaman sülh yaradıla bilməz: “Bu gün militarist bəyanatlar səsləndiyi şəraitdə belə dini liderlərin görüşü vacibdir”.

Qeyd edək ki, dini liderlərin üçtərəfli görüşü sentyabarın 8-də Moskvada vaş tutacaq.

P.Sultanova

 

Paylaş:
738

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər