Orxan Fikrətoğlu: Artıq düşünmək dəbdə deyil, düşünmək köhnəlik əlamətidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Orxan Fikrətoğlu: Artıq düşünmək dəbdə deyil, düşünmək köhnəlik əlamətidir

11:51 - 05 / 09 / 2017
Orxan Fikrətoğlu: Artıq düşünmək dəbdə deyil, düşünmək köhnəlik əlamətidir

Sosial şəbəkə kitabı üstələyib deyirsiniz?

İlk baxışdan belə görünsə də, qəti fikir bildirməyə tələsməyin. İnsanın əlindən kitab alındığı gün total xaos yaranacaq. Ona görə ki, kitab insanın yarada bildiyi yeganə dəyişməz nizamdır. İnsanı əsrlər boyu əxlaq çərçivəsində saxlayan da odur, kitabdır!.

Səmavi buyruqlardan tutmuş mistik əlyazmalara qədər yazılanlar oxunub deyə biz insan olmuşuq. Bizi insan edən, qayda və qaydasızlığı yaradan kitabdır. Kitab oxunsun deyə yazılıb.Tam bilgi absolyuta aidddir. Kitab mədəniyyəti absolyutun bizə öyrətdiyi yeganə möcüzədir.  

Əvvəla artıq yazılmış kitab mətnini daim yenilənən sosial şəbəkə mətni ilə müqayisə etmək düzgün deyil. Ona görə düzgün deyil ki, haçansa yazılmış kitab bir daha yenilənmir. Onun bizə münasibəti də yoxdur. Kitab neytraldır. Bilmir ki, biz varıq. O, bir dəfə yazılıb və bitib. Oxu prosesində insanı başqa “hala” salan kitab deyil, onun öz dəyişkən halıdır. Dua kimi. İnsan öz halını kitabın yaratdığı hala uyğun etdikdən sonra ağıl və qavrama səviyyəsinə baxmayaraq ya katarsis keçirib durulur, ya da oxuduğu kitabı anlamayıb olduğu kimi qalır. Oxunan kitabı anlamaq və ya anlamamaq olar. Və məsələ bununla bitir.

Kitab sənin fikrinlə maraqlanmır. O, sənsiz də var. Və olacaq da. Sən ona uyğunlaşmalısan. O, sənə yox. Sən eyni kitabı bir neçə dəfə oxusan belə yenə onda bir neçə təzə fikir tapacaqsan. Bilirsən niyə? Ona görə ki, dəyişən kitab deyil, sən özünsən! Yaşam tsiklində haldan-hala düşən sənsən, kitab deyil. Bir dəfə yazılmış kitabı sən bütün ömür boyu ancaq xəyalən dəyişə bilərsən. Bir dəfə yazılmış ömrün də kitab kimi ancaq xəyalən dəyişir deyə kitab sənə şüuraltı gerçəklikə daha tanışdır. İnsan oxuduğu kitabın  həmmüəllifidir. Kitab bu baxımdan insanın taleyi kimi sabit və amansızdır.

İnsanda Allahdan nəsə olduğu kimi, şeytandan da nəsə var. Mümkün olmadığını anlasa da insan həyatını dəyişmək istəyir. Yaşadığı yeknəsək cızığdan çıxıb, daxilində gizlətdiyi qorxaq və ya əxlaqsız eqosunu çölə çıxarmaq istəyir. Sosial şəbəkə insanın bu istəyindən yaranıb. Şəbəkə aludəçiliyinin kökündə bu istək durur. İnsanın öz həyatının dəyişmək istəyi. Sosial şəbəkədə məsuliyyət daşımadan anonim fikir bildirən insan müvəqqəti olsa da tale yazısından kənara çıxa bilir.

Özünü və taleyini dəyişir. Sosial şəbəkə ağlına və ömür təcrübənə baxmadan hər bir insana fikir bildirmək şansı verir. Buyur istənilən məsələyə anladın-anlamadın fikrini bildir. Sən özün artıq  bir kitab müəllifisən. Öz fikrini yazırsan. Səni oxuyanlar da var. Sayıb fikrini müzakirəyə çıxaranlar da!

Onlar da sənin kimi həvəskardı deyə bəsit fikirlərindən utanmırsan da. Artıq heç bir kitab müəəllifi də sənin üçün əlçatmaz “aftoritet” deyil. Artıq kitab sənin üçün kitab gücündə də deyil.  İstənilən an yenidən yazıla bilən, mənası dəyişmiş çat yazısıdır. Sən özün kimi həvəskarlarla birlikdə toplaşıb yeni bir zövq məkanı yaratmısan. Birlikdə yaratdığınız həmin bu “lümpen” zövq çox keçmir xalqın min illər boyu formalaşdırdığı ənənəvi mədəni zövqü belə geridə qoyur. Və yeni kitaba çevrilir. Sizdən sonra yeni şəbəkə və onun “yeni kitabsız” kitab əxlaqı yaranır. Deməli ənənəvi kitabı inkar edən sosial şəbəkə anonim müəllifli yeni bir kitabdır. Bu gerçəklikdə sosial şəbəkə əlbəttə ki kütləvi insanın “eqosuna” kitabdan daha çox uyğundur. Ona görə uyğundur ki, sosial şəbəkə hər bir insanın içində uyumuş “özünəvurğunluq” hissini, “herostratlığı” dirildir. Sosial şəbəkə bir sistem olaraq insanın daxilindəki “cini” şüşədən buraxmış olduğu altereqosunun təntənəsi sistemidir. Anarxist azadlığıdır. Buna qədər də kütlə öz ağlından deyil, daha çox bəxtindən şikayət edirdi. İnsan təbiətən özünə vurğundur. O,belə yaradılıb. İndi siz təsəvvür edirsiz bu gedişlə bizi əlli ildən sonra nə gözləyə bilər?

Total “məişət filosofçuluğu” erası.

Belə getsə insanlar çörək növbəsində darıxa-darıxa biri-birinə fikir söyləyirmiş kimi internetdə dünya problemlərini həll edəcəklər. Milli ideolojiləri, dövlət qanunlarını, siyasi sistemləri geosiyasi özəllikləri  bildikləri kimi öz səviyyələrində müzakirə edəcəklər. Müharibələr belə aparılmayacaq, sadəcə illərlə danışılacaq.  Heç kəs daha tarlada, dəzgah arxasında çalışmayacaq.  Ciddi ədiblərlə, həvəskar qrafamanlar arasındakı sərhəd aradan götürüləcək.  Zövq tamam kamal korşalacaq. Ənənə unudulacaq. Qəbul olunmuş kanonlar aradan götürüləcək. Total həvəskar baxış elit təfəkkürü yox edəcək. 

Real həyatı irreal sosial şəbəkə vizuallığı əvəz edəcək.  Bu reallıq insana nə verəcək deyə düşünməyin də. Artıq düşünmək dəbdə deyil. Sadəcə düşünmədən danışın yetər. Düşünmək köhnəlik əlamətidir. Siz istədiz-istəmədiz bu prosesə qoşualacaqsınız. Və bu kütləvi ağılsızlıq sindromu eyforiyası sizi istədiz-istəmədiz öz ağuşuna alacaq. Dünya heç zaman bu qədər kaleydoskopik attraksion gerçəkliyində yaşamayıb. Amma yenə konkret qərar verməyə tələsməyin. Sizcə elektron kitabı gerçək kitab kimi oxumaq olmazdımı? Əlbətdə ki, olardı. Dediyim budur ki, kitabın missiyası başqadır, sosial şəbəkənin həyatımızdakı iştirakı özgə.  Kitab bu gün kilsə, məsçid kimidir. Ora gəlinir.

Kitab kitab mağazasından alınır deyə, istəyə, zövqə bağlıdır. Kitab fərdidir. İstəkdən oxunur. Sosial şəbəkə isə dəbdir. Eyforik haldır. Həyatın ritminə, istəklərimizə daha yaxın və daha uyğundur. Bu gün insanların virtual aləmə transfer olunmaları, real həyatdan uzaqlaşıb sosial şəbəkə vasitəsi ilə təmas qurmaları əslində insan evalyusiyasında tamamilə yeni bir mərhələdir. Necə ki insanlığın daş dövrü, mis dövrü olub, beləcə də insanlıq sosial şəbəkə dövrünü yaşayır. İnsan texnoloji intibah yoluyla dünyanı dəyişmək istəyirdi. Nəticədə həmin bu yol onun yeni sualına çevrildi.

Və bu sual sosial şəbəkə əxlaqı min illər boyu formalşmış sivilizasiya dəyərlərini məhv edəcəkmi? şəklində mənim üçün də aktualdır. Sosial şəbəkə bu günə qədər dünyanın ədalət prinsipini müəyyən edən dini ədalət doqmalarını belə yox etdi.  Sosial şəbəkə insanın üzünü, mən identifikasiyasını əlindən aldı. Bu gün insanlar üzsüz və adsız şəkildə dünya ilə təmasdadırlar. Bu yeni insan növü demək deyilmi? Elədir. Bu günə qədər bu tip insan növü olmamışdı. Sosial şəbəkənin yaratdığı yeni insan növü mənim üçün bir zamanlar dinozavrları məhv etmiş təbii fəlakət qədər ciddidir. 

Amma maraqlı olan budur ki,  sosial şəbəkəni yaradan göylər deyil, kitablardır. Kitab sosial şəbəkənin yaradıcısıdır. Sizə dedim axı. Tələsməyin. Dünyada təsədüfən heç nə olmur. Baş verən bütün proseslər insan üçün qanunauyğundur deyə baş verir.

İnsan öz əliylə yaratdığı yeniliyin özü də dərk etmədən  əsirinə çevrildi. Bu gün insana sosial şəbəkəyə aludədir demək düzgün deyil. Bu gün insan sosial şəbəkənin bir hissəsidir demək  düzgündür. Amma bir həqiqət də var ki, insan həm də kitab əhlidir.

Sosial şəbəkə hərdən mənə Tövratda xatırlanan iri və her şeyi görən “Tək gözü” xatırladır. Bəlkə elə sosial şəbəkə deyilən bu göz həqiqətən də Tanrının gözüdür.

Əgər bu belədirsə Tanrının gözündən düşməmək lazımdır. Axı o bizi olduğu kimi görür. Ondan gizlənmək mümkün deyil.

İnsan nə istədiyini bilirsə onun üçün sual da yoxdur. Ancaq cavablar var. Siz nə etdiyinizi bilirsizmi? Mən bilirəm. Bu yazının nöqtəsini qoyuram. Və Marsel Prustun “İtirilmiş zaman” əsərini rəfdən götürüb oxumağa başlayıram. Məni sizin xəbərləriniz maraqlandırmır. Ona görə ki mən xəbər adamı deyiləm, “mübtəda” adamıyam....

Orxan Fikrətoğlu

Məqalə müəllifin nəzər nöqtəsini əks etdirir.

Paylaş:
1363

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıbBu gün, 17:58Gənc yazar dünyasını dəyişdiBu gün, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcəkBu gün, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunurBu gün, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTOBu gün, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnibBu gün, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıbBu gün, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşübBu gün, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcəkBu gün, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTOBu gün, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTOBu gün, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20
Bütün xəbərlər