Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Tovuzda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Tovuzda vətəndaşları qəbul edəcək

15:10 - 06 / 09 / 2017
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Tovuzda vətəndaşları qəbul edəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 8-də Tovuz şəhərində vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, saat 12:30-da başlayacaq qəbulda nazir Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələləri dinləyəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün onlardan aşağıdakı nömrələrə zəng etmələri xahiş olunur:

Tovuz rayonunda                      02231 53599

Şəmkir rayonunda                    02230 53049

Gədəbəy rayonunda                 02232 60004

Ağstafa rayonunda                   02222 52995

Qazax rayonunda                      02229 51221

Babək Cahandarov

Paylaş:
692

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər