Dövlət Komitəsində müşavirə keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsində müşavirə keçirilib – FOTO

16:58 - 06 / 09 / 2017
Dövlət Komitəsində müşavirə keçirilib – FOTO

Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.

1news.az-ın məlumatına görə, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinə və Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib, Azərbaycanda mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənələrin daima qorunub saxlanıldığını diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri, eyni zamanda, “İslam Həmrəyliyi İli” çərçivəsində görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb.

Gündəliyə uyğun olaraq, Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyevin məruzəsi dinlənilib. S. Mirzəyev şöbənin fəaliyyətini dini radikalizmə, ekstremizmə, o cümlədən fanatizmə və xurafat meyillərinə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrinin təbliğ və təşviqi, bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı olaraq həmrəyliyin təbliği istiqamətlərində davam etdirdiyini bildirib.

Şöbə müdiri, eləcə də radikalizmə qarşı mübarizə, ona meyillənmədən çəkindirmək, dini radikalizmdən zərər görmüş insanların itki və məhrumiyyətlərini göstərmək, habelə milli-mənəvi dəyərlərin qorunması məqsədilə şöbə tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Hesabat  dövründə şöbə tərəfindən dini icmaların 113 layihəsinin hazırlanmasına nəzarət olunduğunu və onlara metodiki dəstək verildiyini diqqətə çatdıran S.Mirzəyev ümumilikdə dini icmaların təqdim etdiyi 250 layihənin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsinin həyata keçirildiyini deyib.

O, “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda 17 regional konfransın, “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda 18 seminar-müşavirənin, “Dini radikalizm və ekstremizmlə mübarizədə hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin təşkili” mövzusunda 8 regional müşavirənin, o cümlədən “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda 6 seminarın, “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda 17 seminar-treninqin  baş tutduğunu da bildirib.

Şöbə tərəfindən “Dövlət və Din” ictimai fikir toplusunun 4, “Cəmiyyət və Din” qəzetinin 8 sayının çapa hazırlandığını bildirən şöbə müdiri nəşrlərdə respublikamızda gedən dini, ictimai-siyasi və mədəni proseslər haqqında məlumatların yer aldığını qeyd edib.

Daha sonra DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfovun bölgədə dövlət-din münasibətlərinin tənzimlənməsi vəziyyətini öyrənmək və bu sahədə  müvafiq işlər görmək məqsədilə şöbənin icra etdiyi işlərin istiqamət və məzmunu barədə məruzəsi dinlənilib. Hesabat dövründə şöbə tərəfindən 84 dini maarifləndirmə tədbirinin keçirildiyini diqqətə çatdıtan Ə.Nəcəfov dini ayrı-seçkilik və ideoloji cəhətdən zərərli dini ədəbiyyatın əhali arasında təbliği və paylanılmasına edilən cəhdlərin qarşısının alınması istiqamətində atılan addımlar barədə də danışıb.

Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.

Babək Cahandarov

Paylaş:
669

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər