XİN rəhbərləri Bakı bəyannaməsini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbərləri Bakı bəyannaməsini qəbul edib

13:11 - 06 / 09 / 2017
XİN rəhbərləri Bakı bəyannaməsini qəbul edib

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə Bakı bəyannaməsi qəbul edilib.

1news.az-ın məlumatına görə, bəyannamədə vurğulanıb ki, 6 sentyabr 2017-ci il tarixində Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti, Gürcüstanın xarici işlər naziri  Mixeil Canelidze və Türkiyənin xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun iştirakı ilə üç dövlətin xarici işlər nazirlərinin VI görüşü keçirilib.

Nazirlər görüşdə siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin öncəki Üçtərəfli Görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Komünikesi, Gəncə, Qars və Tbilisi Bəyanatlarına sadiqliklərini vurğuladılar;

Üç dövlət arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə etdilər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiqliklərini bir daha təsdiqlədilər;

Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilər;

Regionda davam edən mövcud münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa xələl gətirdiyi və  beynəlxalq hüququn qeyd edilmiş prinsipləri əsasında siyasi həll tələb etdiyini vurğuladılar;

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyünü bir daha bəyan etdilər;

İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması üçün öz dövlətlərinin niyyətlərini  vurğuladılar; 

İqtisadi və ticari əməkdaşlığın irəlilədilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara aldılar; və birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman  sahəsində əməkdaşlığı daha da gücləndirmək qərarına gəldilər; 

Bu xüsusda, 17 fevral 2017-ci il tarixində üç dövlətin iqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunun V Görüşünün əhəmiyyətini qeyd etdilər;

Qara Dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatı çərçivəsində, Təşkilatın 25-ci ildönümü ilə bağlı 22 may 2017-ci ildə İstanbulda qəbul edilmiş Zirvə Görüşü Bəyannaməsinin ruhuna uyğun olaraq, əməkdaşlığın əhəmiyyətini vurğuladılar;

Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsinə, həmçinin Xəzər hövzəsindən Avropaya karbohidrogen ehtiyatlarının nəqlinə yönəlmiş və Azərbaycan, Gürcüstan və Türkiyənin bu layihələrin uğurlu fəaliyyət göstərməsində roluna imkan yaradan enerji layihələrinə tam siyasi dəstəklərini bir daha bəyan etdilər. Enerji sahəsində dialoqun davam etdirilməsinə hazır olduqlarını və enerji mənbələrinin şaxələndirilməsində, həmçinin region daxilində və kənarda enerji daşımaları yollarının təhlükəsizliyi də daxil olmaqla, təchizat təhlükəsizliyinin gücləndirilməsində enerji layihələrinin əhəmiyyətini qeyd etdilər;

Tarixi İpək Yolunun dirçəldilməsi və qorunub-saxlanılması məqsədilə üçtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd etdilər və İpək Yolu boyunca nəqliyyat, enerji, ticarət, mədəniyyət və turizm və insanlararası təmaslar sahəsində əməkdaşlığın daha da genişləndirilməsini vurğuladılar;

Bu xüsusda, 28-29 noyabr 2017-ci il tarixində Tbilisidə keçiriləcək “Tbilisi Kəməri və Yolu Forumu”nda yüksək səviyyəli iştirakın əhəmiyyətini diqqətə çatdırdılar;

Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmiryolunun ən qısa zamanda fəaliyyətə başlamasının xüsusi əhəmiyyətini vurğuladılar;

Ticarət və iqtisadi inkişaf üçün münbit şərait yaradılması, habelə beynəlxalq sərnişin və yük daşımalarının həcminin artırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının ərazisindən Şərq-Qərb/Orta Nəqliyyat Dəhlizinin tam reallaşdırılmasına xüsusi diqqəti bir daha təsdiq etdilər. Bu kontekstdə, bütün beynəlxalq və regional maliyyə təsisatlarını müvafiq nəqliyyat dəhlizləri və yollarının maliyyələşdirilməsinə tövfə verilməsinin təşviqi barəsində razılaşdılar; 

Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Çindən Avropaya yük daşımalarının asanlaşdırılması və Asiya və Avropa arasında nəqliyyat əlaqələndirməsini artırmağa yönəlmiş Trans-Xəzər beynəlxalq Nəqliyyat Yolunun böyük inkişaf potensialına malik olduğunu vurğuladılar; 

Regionda rəqəmsal bərabərsizliyin azaldılması/aradan qaldırılması məqsədilə üç dövlət arasında informasiya strukturlarının yaradılması və fəaliyyətə başlaması istiqamətində sıx və davamlı əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu xüsusda, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin, Magistralın Trans-Xəzər yolunun inkişaf etdirilməsi də daxil olmaqla, tezliklə reallaşdırılmasına töhfə verməyə dair sadiqliklərini bir daha bəyan etdilər; 

Dəniz və su nəqaliyyatı kimi davamlı nəqliyyat vasitələrinin effektiv inteqrasiyası ilə nəqliyyat hərəkətinin təhlükəsizliyinin artırılması, ətraf-mühit, enerji səmərəliliyi və daha təhlükəsiz nəqliyyat fəaliyyətlərinə dair davamlı inkişaf məqsədlərinə nail olunması məqsədilə Xəzər regionunda intermodal nəqliyyat xidmətlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar;

Regionda ekeloji tarazlığın saxlanılması məqsədilə ətraf-mühitin mühafizəsi, meşəçilik, torpaq resurslarının istifadəsi və su resurslarının idarəçiliyi sahəsində məlumat və təcrübə mübadiləsinin  gücləndirilməsinin əhəmiyyətini qeyd etdilər;

 Keçən dövr ərzində baş tutmuş üçtərəfli treyninq və təlimlər, yüksək səviyyəli görüşləri qeyd edərək, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğuladılar və gələcəkdə fəal əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bəyan etdilər;

Terrorçuluq, ekstremizm və separatçılığın bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlar, qeyri-qanuni silah ticarəti, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha bəyan etdilər; 

Azərbaycan və Gürcüstan bir daha Türkiyədə 15 iyul 2017-ci il tarixli uğursuz çeviriliş cəhdi törədicilərinin fəaliyyətini qınadı və hər iki dövlət Türkiyə ilə sıx əməkdaşlığı qeyd etdi və Türkiyənin demokratik yolla seçilmiş prezident və hökumətinə qətiyyətli dəstəyi bir daha bəyan etdilər;

Etnik, irqi, dini və inanc zəminində olan dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarını qınayaraq və müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülük, hörmət, dialoq və əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, 25-27 aprel 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd etdilər;

2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Faəliyyət Planının qəbul edilməsinin vacibliyini qeyd etdilər və müvafiq Nazirliklər və Agentlikləri Faəliyyət Planının müddəalarının yerinə yetirilməsi istiqamətində səy göstərməyə təşviq etdilər;

Xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahəsi də daxil olmaqla, humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə etdilər;

Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üçtərəfli dialoqun daha da intensivləşdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi istiqamətində qərarlıqlarını bir daha təsdiq etdilər;

 Növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəldilər.

P.Sultanova

 

 

 

 

Paylaş:
811

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər