Azərbaycan Rohingya müsəlmanlarına yardım göndərir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Rohingya müsəlmanlarına yardım göndərir

14:11 - 08 / 09 / 2017
Azərbaycan Rohingya müsəlmanlarına yardım göndərir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən humanitar yardım göndərilir.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi xəbərə görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Mövzu ilə əlaqədar oxuyun:

Səssiz soyqırım: Myanma – FOTO – VİDEO

S.Xankişiyeva

Paylaş:
1251

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər