Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

18:48 - 08 / 09 / 2017
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Şuradan 1news.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan Mətbuat Şurası sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər ilə bağlı məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda müzakirə edilən ilk məsələ “HGC Group” MMC-nin “Dövrün nəbzi” informasiya portalına (dovrunnebzi.com) qarşı şikayəti olub. Müzakirələr gedişində qərara alınıb ki, sözügedən saytla əlaqədar məsələ ətraflı araşdırılmaq üçün Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının müzakirəsinə təqdim olunmalıdır.

Barələrindəki narazılıqların “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılmasının zəruriliyinə dair rəy çıxarılan daha iki sayt “Nia.az” və “Reallıq.info”dur. Bildirilib ki, sözügedən informasiya vasitələri ilə bağlı şikayətin müəllifi Neftçala Elektrik Şəbəkəsidir.

“Azərkontrakt” Səhmdar Cəmiyyətinin “Avtomobil nəqliyyəti” Təsərrüfatının “Təzadlar” qəzetinə qarşı şikayəti ilə bağlı çıxarılan rəy bundan ibarət olub ki, cavabdeh kütləvi informasiya vasitəsi təqdim etdiyi materialda dəqiqləşdirmə aparmalıdır. Qəzetin baş redaktoru Asif Mərzili bu tələbin yerinə yetiriləcəyini vurğulayıb. Bununla da məsələ qapanmış hesab edilib.

İclasda müzakirə edilən növbəti məsələ vətəndaş Azər Xəlilovun “Azpolitika.info” saytında dərc edilmiş və digər informasiya portallarında da yer almış materialdan şikayəti olub. Bildirilib ki, narazılıq doğuran yazıda tənqid obyekti kimi seçilən şəxsin mövqeyinin öyrənilməməsi “Azərbaycan Jurnalistlərinin Peşə Daranışı Qaydaları”nın pozulduğunu şərtləndirən vacib məqamdır. Cavabdeh KİV-in belə yanaşması həmin materialın müxtəlif rakusdan dəyərləndirilməsinə əsas verir. Bu baxımdan şikayətçinin sözügedən saytın onun şəxsi həyatına müdaxilə etdiyinə, vaxtilə qabardılmış və məhkəmə tərəfindən yanlışlığı isbatlanmış məsələləri yenidən gündəmə gətirməklə qərəzli davranmasına dair iddiaları anlaşılandır. Bütün bunlar nəzərə alınaraq “Azpolitika.info” saytına xəbərdarlıq olunub və gələcəkdə oxşar yanlışlıqlara yol verməmək tövsiyə edilib.

İmişli rayonundan bir qrup vətəndaşın “Həqiqət və reallıq” qəzetinə, həmçinin vətəndaş Elnur Əliyevin Kazımov Teymur Mərdan oğluna və Əliyeva Səidə Əkrəm qızına qarşı şikayətləri isə hər iki məsələnin artıq məhkəmə müstəvisində araşdırıldığı nəzərə alınaraq gündəlikdən çıxarılıb.

1news.az

Paylaş:
824

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər