Azərbaycan Myanma müsəlmanlarına 100 ton humanitar yardım göndərib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Myanma müsəlmanlarına 100 ton humanitar yardım göndərib - FOTO

20:08 - 08 / 09 / 2017
Azərbaycan Myanma müsəlmanlarına 100 ton humanitar yardım göndərib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinin yaydığı birgə məlumatda bildirilir. 

Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

1news.az

Paylaş:
1226

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər