Son illərin ən güclü geomaqnit qasırğaslarından biri başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son illərin ən güclü geomaqnit qasırğaslarından biri başlayıb

11:19 - 08 / 09 / 2017
Son illərin ən güclü geomaqnit qasırğaslarından biri başlayıb

Əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiymətinin enməsinə və qasırğanın getidkcə zəifləməsinə baxmayaraq, hazırda müşahidə edilən qasırğa yenə də güclü sayılır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, dünəndən etibarən ən güclü geomaqnit qasırğalarından biri başlayıb. Bu, son illərin ən güclü geomaqnit qasırğaslarından biri hesab oluna bilər. Günəşdə baş verən son partlayışdan sonra yaranan güclü geomaqnit həyəcanlaşmasının yaxın günlərdə də davam edəcəyi gözlənilir. Hazırda Günəş plazma küləyinin sürəti 770 km/san-dır. Bu da çox böyük rəqəmdir.

E.Babayevin sözlərinə görə, gün ərzində və sabah G3-G2 sinifli qasırğalar gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir.

E.Babayev əlavə edib ki, hazırda Günəş diskinin görünən səthində 4 aktiv ləkə qrupunda (AR) 94 ləkə müşahidə olunur: “Bu qruplar kifayət qədər böyükdür. Hətta AR 2673 və AR 2674 Yerdən tutqun şüşə ilə baxdıqda adi gözlə görünə bilər (qətiyyən birbaşa baxmaq olmaz). AR 2673 daha təhlükəli sayılır və maqnit sahəsi o qədər mürəkkəbdir ki, (“beta-qamma-delta” adlanan ən mürəkkəb quruluş) bu ləkələrin yanında hər an ixtiyari gücə malik, o cümlədən ən güclü rentgen X-sinfinə malik Günəş alışmaları baş verə bilər. Bu ehtimal 50 faizə çatıb və böyük rəqəmdir (orta gücə malik alışmaların generasiya ehtimalı üçün isə bu rəqəm hətta 75 faizdir). Məhz sentyabrın 6-da baş vermiş X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılmış Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez çatıb”.

Günəşdəki son partlayışlardan sonra Avropa və Amerika ərazisində rabitənin pisləşməsinə gəldikdə, E.Babayev qeyd edib ki, budəfəki qasırğa artıq texnoloji sistemlərə də ciddi təsir göstərib. Artıq hər iki Amerika qitəsi ərazisində aşağı tezlikdə işləyən kommunikasiya siqnallarının işində təqribən 1 saatlıq deqradasiya yarandığı haqda məlumatlar yayılıb. Bu təsir R3 sinfinə mənsub (maksimum R5-dir) radio donma qasırğası olub. Digər tərəfdən, S1 sinifli radiasiya qasırğası da qeydə alınıb (bu, adətən qütblərdə yüksək tezlikli elektromaqnit dalğalarının yayılmasına mənfi təsir göstərir).

E.Babayev qeyd edib ki, qasırğa yuxarı en dairələrində daha effektiv olur, Azərbaycanın yerləşdiyi orta coğrafi en dairələri üçün isə təsir nisbətən zəif olur.

Kosmik hava şəraitinin hazırda çox əlverişsiz olduğunu deyən E.Babayev qeyd edib ki, atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur. Bu isə neqativ diskomfort effektlərini artırır.

E.Babayev əlavə edib ki, sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.

Qeyd edək ki, sentyabrın 6-da Günəşdə baş vermiş və son 12 il ərzində ən güclü hesab edilən partlayışın güclü maqnit qasırğasına səbəb olub. Ən güclü partlayış dünən Bakı vaxtı ilə saat 16:00-da baş verib. Partlayışlar seriyası isə sentyabrın 4-dən qeydə alınıb.

S.Xankişiyeva

Paylaş:
764

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər