İsmayıllıda xırda dənəli, Xınalıqda diametri 7 mm olan dolu düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda xırda dənəli, Xınalıqda diametri 7 mm olan dolu düşüb

12:00 - 08 / 09 / 2017
İsmayıllıda xırda dənəli, Xınalıqda diametri 7 mm olan dolu düşüb

Sentyabrın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumata görə, ölkə ərazisinə dolu düşüb.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, sentyabrın 7-si gündüzdən 8-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-50, Qazax-Gəncə zonasında 2-10, Kiçik-Qafqazda 9, Mərkəzi-Aran rayonlarında 1-8, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 0.5-1 mm olub.

Oğuz rayonunun Sincab, Xaçmaz-Sincan, Xaçmaz-Qışlaq, Dəymədərə, Mollalı kəndlərində və İsmayıllıda xırda dənəli, Xınalıqda isə diametri 7 mm olan dolu düşüb.

Gəncə, Naxçıvan, Şərur, Quba, Xınalıq, Naftalan, Neftçala, Ağstafa, Şəmkir, Mingəçevir, Biləsuvar, Şirvan, Nabran, Qazıməmməd, Şamaxı, Tovuz, Yevlax, Ceyrançöl, Zərdab, Tərtər, Bərdə, Sabirabad, Göyçay, Ağdam, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.

S.Xankişiyeva

Paylaş:
778

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər