Olimpidaçılarımız 5 medalla qayıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Olimpidaçılarımız 5 medalla qayıdır

15:47 - 09 / 09 / 2017
Olimpidaçılarımız 5 medalla qayıdır

4-9 sentyabr tarixlərində Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis olimpiadası keçirilib.

1news.az-a Təhsil Nazirliyindən verilən məlumata görə, 36 ölkənin, 288 məktəblinin qatıldığı olimpiadada şagirdlərimiz  uğur qazanıblar.

Belə ki, olimpiadaya ilk dəfədir ki, qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər.

Kimya fənni üzrə Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Ramil Babazadə qızıl, Kimya, Biologiya təmayüllü liseyin X sinif şagirdi Əli Əliyev bürünc medal qazanıblar.  

İnformatika fənni üzrə Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov bürünc, riyaziyyat fənni üzrə Ademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Anar Rzayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Ağazadə bürünc medala layiq görülüblər.  Komanda üzrə ölkəmiz 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Meqapolis olimpiadası 4 fərqli fənlər ( riyaziyyat, informatika, kimya və fizika ) üzrə keçirilən komanda turniridir. 14-18 yaş arası yuxarı sinif şagirdləri arasında keçirilən olimpiadaya ölkəmiz hər fənn üzrə 2 şagird olmaqla 8 iştirakçıdan ibarət komanda heyəti ilə qatılıb. 

1news.az

Paylaş:
782

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər