Ukraynada azərbaycanlı sürücü döyülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynada azərbaycanlı sürücü döyülüb

18:40 - 09 / 09 / 2017
Ukraynada azərbaycanlı sürücü döyülüb

Ukraynanın Donetsk şəhərində mübahisə zəminində azərbaycanlını döyərək ağır xəsarət yetiriblər. 

1news.az APA-ya istinadla xəbər verir ki, xəsarət alan şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1977-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Şirbala oğludur.

Sentyabrın 8-də axşam saatlarında şəhərə daxil olan azərbaycanlı sürücü ilə yerli sürücülərdən biri arasında yol hərəkəti qaydalarına görə mübahisə yaranıb. Mübahisə zamanı digər avtomobildə olan iki nəfər azərbaycanlı sürücünü təhqir ediblər. Nəticədə əlbəyaxa dava düşüb. Məhərrəm Məhərrəmov onlar tərəfindən döyülüb. Onu döyən şəxslər hadisə yerindən qaçıblar.

M. Məhərrəmov Donetskdəki xəstəxanaların birinə yerləşdirilib , vəziyyəti orta ağırdır.

1news.az

Paylaş:
725

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər