Hacıbala Abutalıbov: “26-lar kafesi” əxlaqsız gecə klubu kimi fəaliyyət göstərib" | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıbala Abutalıbov: “26-lar kafesi” əxlaqsız gecə klubu kimi fəaliyyət göstərib"

21:10 - 09 / 09 / 2017
Hacıbala Abutalıbov: “26-lar kafesi” əxlaqsız gecə klubu kimi fəaliyyət göstərib"

BŞİH başçısı Hacıbala Abutalıbov “26-lar kafesi”nin fəaliyyətinin  dayandırılması ilə bağlı yazıçı Çingiz Abdullayevin söylədiklərinə münasibət bildirib.

1news.az APA-ya istinadla xəbər verir ki, Hacıbala Abutalıbov  Ç.Abdullayevin dediklərinin həqiqətə uyğun olmadığını bildirib: “Çingiz Abdullayev bildirib ki, Yazıçılar Birliyinin balansında olan binada fəaliyyət göstərən “26-lar kafesi” ilə qurum rəhbərliyinin heç bir əlaqəsi olmayıb.

Halbuki, Yazıçılar Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri söyləyir ki, Yazıçılar Birliyinin binasında yerləşən “26-lar kafesi” bu qurum  tərəfindən icarəyə verilib. Əldə olunan sənədlər də bir daha bunu sübut edir.

Digər tərəfdən, Çingiz Abdullayev söyləyir ki, 26 adında kafenin Azərbaycan xalqının soyqırımını təşkil etmiş, qaniçən 26 Bakı komissarının adı ilə heç bir əlaqəsi yoxdur. Müsadirə edilən sənədlər isə sübut edir ki, bu kafe “26 kafe” kimi yox, “26-lar Bakı”, “26-lar yaşayır”, “Xanımlara 26-lar kafesində qəlyan çəkmək pulsuzdur” lövhələri ilə bəzədilən “26-lar kafesi” kimi fəaliyyət göstərir”.

Hacıbala Abutalıbov onu da qeyd edib ki, dövlət orqanlarında qeydiyyatdan keçməyən “26-lar yaşayır”, “26-lar Bakı”, “Xanımlara qəlyan çəkmək pulsuzdur” reklamları vurulmuş, əxlaqsız gecə klubu kimi fəaliyyət göstərən “26-lar kafesi”nin Yazıçılar Birliyi tərəfindən icarəyə verilməsi qanunsuzdur:

“Sözügedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu “Natəvan” klubuna aiddir. Belə bir yerdə əxlaqsız gecə klubu olan “26-lar kafesi”nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir. Çox təəssüf edirəm ki, ziyalıları öz ətrafında birləşdirən Yazıçılar Birliyinin giriş qapısının sol tərəfində böyük lövhədə yazılmış “26-lar kafesi” və həmin kafedə “xanımlara qəlyan çəkmək pulsuzdur” sözləri qurum rəhbərliyini indiyə qədər narahat etməyib”.

Bakı meri onu da qeyd edib ki,  hazırda qeyd olunan hallarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və günahkar şəxslər qanuna müvafiq olaraq cəzalandırılacaq.

Xatırladaq ki,  bu gün yazıçı Ç.Abdullayev sosial şəbəkələrdə və bəzi media orqanlarında dünən Yazıçılar Birliyinin binasındakı  “26” adlı kafenin fəaliyyətinin dayandırılmasına kəskin münasibət bildirib, həmin kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını qeyd edib və kafenin bu formada bağlanmasının doğru olmadığını vurğulayıb.  

1news.az  

 

Paylaş:
808

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər